Baş nazir qərar İMZALADI

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı” təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.

XİFMN üzrə kodu Mal mövqelərinin adları
1 2
8537 10 910 0 Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri
8537 10 980 0 Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri

Related posts

Ombudsmana daxil olan müraciətlərin STATİSTİKASI

Prezident və birinci xanım “Antalya Diplomatik Forumu”nun açılışında…

Donald Tramp İlham Əliyevi təbrik edib