“Embawood”da qalmaqal: menecer İŞDƏN ÇIXARILDI

“Embawood” mebel istehsalı şirkətinə qalmaqal baş verib. Belə ki, şirkətin marketinq meneceri işdən çıxarılıb.

“Embawood” marketinq meneceri vəzifəsinin tutulması üçün bu gün vakansiya elan edib.

Vakansiya üzrə işləyəcək şəxsin tələb olunan əsas bacarıqları sırasında şirkətin PR və reklam siyasətini, eləcə də reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarını hazırlaya bilməsi mövcuddur.

Şirkətin bu vakansiya üzrə qoyduğu əsas tələblərə gəlincə isə əməkdaşın müvafiq sahə üzrə ali təhsilli olması, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik olması, rus və ingilis dilini bilməsi, yaradıcı, məsuliyyətli, kreativ olması əsas şərtlərdəndir.

Ehtimallara görə, “Embawood”un marketinq menecerinin işdən çıxarılması dünənki qəzadan görüntüləri montaj edərək reklam paylaşımı etməsilə bağlıdır.

Related posts

Şonqar sakinləri yeni məktəb istəyirlər – Bakı Təhsil İdarəsindən REAKSİYA

Bakıda leysan olacaq – XƏBƏRDARLIQ

Laborant işləmək istəyənlərin NƏZƏRİNƏ