Şonqar sakinləri yeni məktəb istəyirlər – Bakı Təhsil İdarəsindən REAKSİYA

Bakının Qaradağ rayonunda yerləşən Şonqar qəsəbəsinin sakinləri yaşayış məntəqəsində məktəbin olmamasından narazıdırlar.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Şonqar qəsəbəsində yeni təhsil müəssisəsinin tikilməsi ilə bağlı əraziyə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb və ilkin məlumatlar toplanıb.

Qeyd edilib ki, paytaxt ərazisindəki yaşayış məntəqələrində əhali sıxlığı müşahidə edilən və ehtiyac duyulan yerlərdə yeni məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin tikintisi davamlı olaraq həyata keçirilir. Əhalinin sıxlığı və artım tempi nəzərə alınaraq, gələcəkdə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə Şonqar qəsəbəsində yeni təhsil müəssisəsinin tikilməsi məsələsi müzakirə olunacaq.

Related posts

Çürüməyə məhkum edilən Bayırşəhər qapıları – FOTOLAR

Ağcabədidə AĞIR İTKİ : Tanınmış vəzifəli şəxs vəfat etdi – FOTO

“Azərbaycan Dəmir Yolları”nda yeni TƏYİNAT