Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı

Sudan sonra sağlamlıq baxımından ən faydalı içkinin hansı olduğu açıqlanıb.

guney.az  xəbər verir ki, qazlı su, bitki çayı, ayran və ya kefir kimi içkilər daha faydalı hesab edilsə də, kompot  daha sağlam içkidir.

Tərkibində çoxlu mikroelementlər olan kompot hazırlayarkən bəzi məsləhətləri də nəzərdən qaçırmaq olmaz.

Sağlamlıq baxımından zərərli sayılan və yüksək şəkər tərkibinə görə çox da üstünlük verilməyən kompot, fərqli reseptlə hazırlandıqda orqanizm üçün bənzərsiz bir müalicə qaynağına çevrilə bilir.

Şəkər əlavə etmədən yalnız meyvələrdən, xüsusən də çiyələkdən, hazırlanan kompotun qida dəyəri demək olar ki, iki dəfə artır və A, C və B6 vitaminlərinin zəngin mənbəyinə çevrilir.

Xüsusilə qurudulmuş meyvələrdən hazırlanan kompotun tərkibində bütün bədən sistemlərinin sağlam fəaliyyətini təmin edəcək çoxlu faydalı mikroelementlər var. A və C vitaminləri istinin təsiri ilə qismən azalsa da, immunitet sistemini dəstəkləməkdə kifayət qədər təsir göstərir.

B vitaminləri “serotonin” adlanan xoşbəxtlik hormonunun istehsalını təşviq edərək stress və narahatlığı əhəmiyyətli dərəcədə azaldır.

Related posts

Acqarına şəkərli çayın TƏHLÜKƏSİ

Əhalinin NƏZƏRİNƏ – Bu gündən DAYANDIRILACAQ

Evdən soyuyan uşaqlar – SOS siqnalı tək valideynlər üçün deyil