Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirildi

Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

Bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib.

Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində həlak olanlar ilə bağlı elektron matəm kitabı da açılıb.

“Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – o qeyd edib.

Səfir vurğulayıb ki, elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı emb_az@mfa.gov.ua ünvanına elektron məktub göndərilə bilər.

Related posts

Bu ideya Cənubi Qafqazın yeganə reseptidir – Mövqe

İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək

Baş nazir uşaqlarla bağlı qərar imzaladı