Qum fırtınası: Bu ölkədə hava limanları bağlandı, minlərlə insan xəstəxanalıq oldu

Qum fırtınasının İraqı cənginə alması nəticəsində hava limanları məcburi şəkildə fəaliyyətlərini dayandırmalı olub. Minlərlə insan xəstəxanaya yerləşdirilib.

Bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin sözçüsü Saif əl-Bədrin  verdiyi məlumata görə, boğucu toz dumanı həyatı iflic edib. Toz fırtınası nəticəsində 4000-ə yaxın insan xəstəxanalara yerləşdirilib. Bəsrə və Nəcəfdə hava limanlarıının fəaliyyəti dayandırılıb.

AFP-in məlumatına görə, fırtına bölgəni qorxunc narıncı dumanla bürüdüyü üçün mərkəzi və cənub şəhərlərində görmə məsafəsi bir kilometrdən də aşağı düşüb.

 

Related posts

Numan Kurtulmuş yenidən TBMM sədri seçildi

Suriya tarixində 60 ildən sonra ilk

Anasını döyən oğula cəza verildi