Ana səhifə XəbərlərGüney İran nüvə silahı yaratmağa çox yaxındır – Qrossi

İran nüvə silahı yaratmağa çox yaxındır – Qrossi

admin

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, İran öz nüvə silahını yaratmağa yaxındır.

O, bu barədə “Le Monde” qəzetinə müsahibəsində bildirib.

“İranın bir deyil, bir neçə bomba yaratmaq üçün kifayət qədər materialı olsa da, hələ nüvə silahı yoxdur. Bunun üçün hələ müəyyən vaxt lazımdır, lakin etiraf edək ki, onlar artıq buna çox yaxındır”, – R.Qrossi qeyd edib.

Baş direktor qeyd edib ki, agentliyin müşahidələrinə görə, son dörd ildə İran bu sahədə inkişaf edir.

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələri şərh edən R.Qrossi vurğulayıb ki, yalnız AEBA-nın təmin edə biləcəyi müstəqil yoxlama və monitorinq sistemi olmadan istənilən razılaşma faydasız olacaq: “Biz Əraqçi (İran XİN başçısı Abbas) və Uitkoff (ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven) arasında ikitərəfli dialoqda iştirak etmirik, lakin bu məsələyə laqeyd yanaşmırıq. Onlar yaxşı başa düşürlər ki, mümkün razılaşma haqqında öz fikirlərimizi bildirməli olacağıq, çünki onun yoxlanılması məhz bizdən asılı olacaq. Buna görə də biz artıq onlarla qeyri-rəsmi fikir mübadiləsi aparmışıq.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00