Trampdan şok addım: İsrailin İrana zərbəsinə imkan vermədi

ABŞ prezidenti Donald Tramp İranla nüvə proqramını məhdudlaşdırmaq üçün saziş üzrə danışıqların xeyrinə İsrailin İranın nüvə obyektlərinə planlaşdırdığı zərbəni əngəlləyib.

Bu barədə “The New York Times” yazıb.

Nəşrin yazdığına görə, İsrail İranın nüvə silahı yaratmaq imkanlarını məhdudlaşdırmaq məqsədilə may ayında obyektlərə hücum planlarını hazırlayıb, lakin Tramp bu planın reallaşmasına mane olub.  “Aylarla davam edən daxili müzakirələrdən sonra Tramp hərbi əməliyyatları dəstəkləməkdənsə, İranla danışıqlar aparmağa qərar verib”, – nəşr yazıb.

Related posts

Paşinyanın impiçment tələbi- İrəvanda ara qarışdı

Paşinyan Pezeşkianla nədən danışdı…

Polşa Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər