Pezeşkian Putini İrana dəvət etdi

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putini ölkəyə səfərə dəvət edib.

Bunu Moskvada səfərdə olan  İranın xarici işlər naziri Abbas Arakçi  deyib.
“İran prezidenti cənab Pezeşkian Rusiya prezidenti Vladimir Putini İrana səfərə dəvət edib”, – Arakçi bildirib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri bu səfərin 2025-ci il ərzində baş tutacağına ümid etdiyini bildirib. O, həmçinin bildirib ki, İran tərəfi səfərin tarixlərini gözləyir.

Related posts

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Bu gün Romada İran-ABŞ görüşü olacaq

Bu ideya Cənubi Qafqazın yeganə reseptidir – Mövqe