Azərbaycanda məscidlərə kitablar paylanılacaq.
Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçiriləcək “Hər məsciddə kitabxana” layihəsinə 272.463,70 manatın ayrılması nəzərdə tutulur.
Ūmumilikdə 172 məscidə 16790 kitabın veriləcəyi planlaşdırılır.
Fondun siyahısında dini ədəbiyyatla yanaşı, Azərbaycan klassiklərinin və tanınmış naşirlərin əsərləri də yer alıb.
Belə ki, məscidlərə Nizami Gəncəvinin “Xəmsə”, Abbasqulu Ağa Bakıxanovun “Gülüstani irəm”, Məhəmməd Füzulinin “Seçilmiş əsərləri”, Əhməd Ağaoğlunun “Üç mədəniyyət”, Bəxtiyar Vahabzadənin “Seçilmiş şeirlər”, Fərman Kərimzadənin “Xudafərin”, Sabir Rüstamxanlının “Ölüm son deyil”, Mehriban Vəzirin “Vay… Vay… Türkmənçay”, Eyvaz Zeynalovun “Nadir şah”, Lev Qumilyovun “Qədim türklər”, Deyl Karneginin “Həyatdan va işdən necə həzz almalı” və s. kitabların verilməsi nəzərdə tutulur./Ölkə.az/