Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir..

Related posts

Bu şəxslərə 2500 manat veriləcək – Prezidentdən SƏRƏNCAM

İcra başçısı şəhidin qardaşına vəzifə verdi – FOTO

Sabah geomaqnit qasırğası olacaq