Uşaqları öpərkən diqqətli olun, TƏHLÜKƏLİ VİRUS yoluxa bilər – XƏBƏRDARLIQ

Uşaqları öpərkən diqqətli olmaq lazımdır.

Həkim-infeksionist Mərdan Əliyevin sözlərinə görə, immun sistemi güclü olan böyüklərdəki hər hansı gizli infeksiya, immun sistemi zəif olan uşaqları öpən zaman qalıcı fəsadlar yarada bilər.

Həkimin sözlərinə görə, hətta bu cür yoluxan Epsteyn-Barr virusu var ki, buna “öpüş” xəstəliyi də deyirlər.

Bu, uşaqlarda qızdırma, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi ilə müşayiət olunan xəstəlikdir, ağız suyu ilə yoluxur.

Həkim bildirib ki, böyüklərdə bəzən gizli şəkildə təzahür edə bilən və sağalan bu xəstəliklər, uşaqlar üçün çox böyük təhlükə yarada bilər. Odur ki, diqqətli olmaq vacibdir.

Ətraflı süjetdə:

Related posts

Bu böcəklər 60 min ildir bizimlə birlikdə “yatır”

Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib