İranın keçmiş prezidentinin qızı: “Mən dini hökumətə yox, respublikaya səs verirəm”

İranın keçmiş prezidenti Əli Əkbər Haşemi Rəfsəncaninin qızı, ictimai-siyasi fəal Faeze Haşemi ölkədə mövcud olan dini hakimiyyət modelini tənqid edib.

Faeze Haşemi mediaya verdiyi açıqlamada dini hökuməti qəbul etmədiyini, hətta Vilayəti-Fəqih modeli olsa belə, bu sistemin sonda diktaturaya çevrildiyini bildirib.

Jurnalistin “Atanız həm dini hakimiyyətə, həm də Vilayəti-Fəqihə inanırdı” fikrinə cavab verən Faeze Haşemi belə deyib:

“Atam Xameneyinin yanına gedərək bu sistemin doğru olmadığını isbat etməyə çalışıb. O, dəlillər və arqumentlərlə öz mövqeyini ifadə edirdi. Bu isə göstərir ki, o, mütləq Vilayəti-Fəqihə inanmırdı. Onu opponent kimi qəbul etməsi atamın siyasətçi olmasından irəli gəlirdi. Mən səni opponent kimi görürəmsə, səninlə mübahisə etmərəm. Lakin əgər mübahisə edirəmsə, bu, artıq səni opponent kimi qəbul etmədiyimi göstərir”.

Faeze Haşemi sonda əlavə edib ki, İran xalqının əksəriyyəti artıq teokratik sistemə deyil, demokratik və respublika dəyərlərinə üstünlük verir, bu səbəbdən də ölkədə ciddi siyasi islahatlara ehtiyac var.

Related posts

“Xalqımız gec-tez birliyə doğru yaxınlaşacaq” – Sayman Aruz – ÖZƏL

Bu şəxslərə 2500 manat veriləcək – Prezidentdən SƏRƏNCAM

ABŞ ilə danışıqlar səmərəli ola bilər – İran rəsmisi