Auto.ru xəbər verir ki, 246 metr uzunluğundakı aviadaşıyıcı 2200 nəfər heyət və 90 təyyarə üçün nəzərdə tutulub.
Avtomobil 3 nömrəli liftin yanında şaquli vəziyyətdə tapılıb. Ehtimal olunur ki, bu, 1940-41-ci illər istehsalı qara rəngli “Ford Super Deluxe Woody” modelidir. Avtomobilin ön hissəsində, yuxarıda “Gəmi Xidməti” yazısı var.
Məlumata görə, “Yorktoun” 1942-ci ildə Midvey döyüşündə iştirak edib və yapon bombardmançıları ona üç bomba atıblar. Gəmi təmir üçün Perl-Harbora yollanıb, lakin yolda yapon sualtı qayığı tərəfindən hücuma məruz qalıb. Nəticədə aviadaşıyıcı 7 iyun 1942-ci ildə batıb.//Oxu.az