Ana səhifə XəbərlərDünya 12 ştat Trampı məhkəməyə verir

12 ştat Trampı məhkəməyə verir

admin

ABŞ-nin 12 ştatı ölkə Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarının ləğv olunması tələbi ilə ABŞ Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsinə iddia qaldırıb.

guney.az xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmə sənədində qeyd olunur: “Son üç ayda prezident müxtəlif icra sərəncamları və memorandumlar imzalayaraq, sosial şəbəkələrdə paylaşım edərək və hökumət qurumlarının göstərişlərinə əsaslanaraq rüsumları tətbiq edib, dəyişib, artırıb və ya dayandırıb. Bu sərəncamlar ölkənin ticarət siyasətinin prezidentin şəxsi istəklərindən asılı hala gəldiyini göstərir və bu, onun səlahiyyətlərini qanunauyğun şəkildə həyata keçirməsinə əsaslanmır. Prezident istənilən məhsula yüksək və daimi dəyişən rüsumlar tətbiq etmək hüququnu özünə götürməklə konstitusiya sistemini pozub və ABŞ iqtisadiyyatında xaos yaradıb”.

Prezident eyni zamanda, Vaşinqtonun tarif siyasətini Konqresin təsdiqi olmadan dəyişmək üçün əsassız şəkildə fövqəladə vəziyyət elan etməkdə ittiham olunur.

Məlumata görə, məhkəməyə müraciət təşəbbüsü Oreqon ştatının baş prokuroruna məxsusdur. Onun bu təşəbbüsünü Arizona, Vermont, Delaver, İllinoys, Kolorado, Konnektikut, Minnesota, Meyn, Nevada, Nyu-York və Nyu-Meksiko ştatları da dəstəkləyib.

İddiada cavabdeh qismində Donald Tramp, daxili təhlükəsizlik naziri Kristi Noem və ABŞ Gömrük və Sərhəd Xidmətinin rəhbərinin vəzifələrini icra edən Piter Flores göstərilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00