Pakistan Hindistanla bütün ikitərəfli razılaşmaların icrasını dayandırır

Pakistan Hindistanla bütün ikitərəfli razılaşmaların, o cümlədən üçüncü Hindistan-Pakistan müharibəsinin nəticələrinə dair sazişin icrasını dayandırır.

Bu barədə Pakistan Baş nazirinin Katibliyinin mətbuat xidməti məlumat yayıb.

“BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq konvensiyaları və öhdəlikləri öz istəyi ilə görməzlikdən gələn Hindistanın məsuliyyətsiz və düşünülməmiş davranışını nəzərə alaraq, Pakistan Hindistanla bağlanmış bütün ikitərəfli razılaşmaların, o cümlədən 1972-ci il Simla Sazişinin icrasını dayandırmaq hüququndan istifadə etməlidir. Bu, Hindistan Pakistanda terrorizmi alovlandırmağı, transmilli qətlləri və beynəlxalq hüququn, eləcə də BMT-nin Kəşmirlə bağlı qətnamələrinin pozulmasını dayandırana qədər davam edəcək”, – deyə məlumatda qeyd olunur.

Related posts

Keniyada müxalifətçi deputat silahlı hücum nəticəsində qətlə yetirildi

Parisdə 1 May qarşıdurması

Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!