Ana səhifə XəbərlərDünya Tokayev: Təyyarə qəzası zamanı qazax və Azərbaycan xalqlarının birliyi daha geniş üzə çıxdı

Tokayev: Təyyarə qəzası zamanı qazax və Azərbaycan xalqlarının birliyi daha geniş üzə çıxdı

admin

Qədim Xəzər dənizinin sahillərini paylaşdığımız Azərbaycanla da səmimi münasibətlərimiz var.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Assambleyasının qurultayında bildirib.

Qazaxıstan lideri ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı Azərbaycan və qazax xalqlarının birliyinin daha geniş üzə çıxdığını qeyd edib: “Xalqımızın ən yaxşı keyfiyyətləri çətin anlarda daha aydın üzə çıxır. Bunu ötən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha gördük. Vətəndaşlarımız zərərçəkənlərə yardım etmək üçün səfərbər oldular. İnsanlar qan vermək üçün növbəyə durdular. Azərbaycanın səfirliyi qarşısına güllər qoydular. Bütün dünya xalqımızın həmrəyliyinə və fədakarlığına heyran oldu. Bu anlarda həmvətənlərimizin geniş qəlbi, açıqlığı və mərhəməti bir daha özünü göstərdi. Rəhm, mərhəmət və xoşniyyətlilik – bunlar bizim milli xarakterimizin xüsusiyyətləridir. Biz bu dəyərləri qoruyub saxlamalı və onları böyüyən nəslə ötürməliyik”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00