Türkiyədə daha bir zəlzələ olub

Türkiyənin İstanbul şəhərində 3,5 maqnitudalı zəlzələ olub.

Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yerltı təkanlar Böyükçekmece rayonunda qeydə alınıb.

Təbiət hadisəsi ötən gün yerli vaxtla saat 22:43-də qeydə alınıb, zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir.

Bu, Türkiyədə gün ərzində qeydə alınan ikinci zəlzələdir. Daha əvvəl Elazıq vilayətində 4,9 maqnitudalı zəlzələ olub. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Related posts

Qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Göyçayda 47 yaşlı kişi özünü ASDI

Qırmızı səviyyəli maqnit qasırğası xəbərdarlığı