Borc üstündə qayınanasını öldürdü

Türkiyədə kürəkən borca görə qayınanasını öldürüb.

Hadisə Yozqat şəhərinin Eskipazar məhəlləsində qeydə alınıb.

31 yaşlı Yıldıray Okhan qayınanası 60 yaşlı Kudret Polatın evinə gedib. Burada onlar arasında borc üstündə mübahisə başlayıb. Mübahisə sonrada münaqişəyə çevrilib.

Münaqişə zamanı Okhan yaşlı qadına üzərindəki bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Kudret Polat orada ölüb.

Qatil kürəkən tutulub və cinayət işi açılıb.

Related posts

Xocalıda dəhşətli hadisə: 17 yaşlı oğlan yaralandı

Bu ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ: Sunami…

Məktəbdə çəkilən bu VİDEO qalmaqala səbəb oldu