Borc üstündə qayınanasını öldürdü

Türkiyədə kürəkən borca görə qayınanasını öldürüb.

Hadisə Yozqat şəhərinin Eskipazar məhəlləsində qeydə alınıb.

31 yaşlı Yıldıray Okhan qayınanası 60 yaşlı Kudret Polatın evinə gedib. Burada onlar arasında borc üstündə mübahisə başlayıb. Mübahisə sonrada münaqişəyə çevrilib.

Münaqişə zamanı Okhan yaşlı qadına üzərindəki bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Kudret Polat orada ölüb.

Qatil kürəkən tutulub və cinayət işi açılıb.

Related posts

Bu şəxslərin həbs cəzası hesablanmayacaq

Görüntüsü yayılan qadınla bağlı polisdən açıqlama

Sosial yardım adı altında DƏLƏDUZLUQ