Kamran Əliyev yenidən Baş prokuror TƏYİN EDİLDİ – SƏRƏNCAM

Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.

Related posts

Pezeşkianın oğlu Bakıya səfərindən yazdı: “Türk dilinin yayılması…”

Prezidentin təyin etdiyi yeni sədr kimdir? – DOSYE

Şimali Kiprin adı dəyişdirilə bilər