31
Şimali Kipr Türk Respublikasının (ŞKTR) adı dəyişdirilə bilər.
Bu barədə ŞKTR Prezidenti Ersin Tatar məlumat verib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə gözlənilən səfəri çərçivəsində ölkənin adının dəyişdirilməsi barədə iddialara belə cavab verib:
“Gözləntim bunun olmasıdır. Mən də bu fikirlə bağlı eyni mövqedəyəm. Federasiya dəftəri qapanıb. Artıq “Şimal” da mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var”.
E.Tatar ŞKTR-nin adının Kipr Türk Respublikası olacağını istisna etməyib.