Ana səhifə XəbərlərDünya Məktəbdə çəkilən bu VİDEO qalmaqala səbəb oldu

Məktəbdə çəkilən bu VİDEO qalmaqala səbəb oldu

admin

İzmirdə lisey şagirdlərinin videosu sosial mediada birmənalı qarşılanmayıb.

İzmirdə yerləşən orta məktəbdə yuxarı sinif şagirdlərinin məzuniyyət xatirəsi üçün çəkdikləri “Xaç atası” mövzulu video sosial mediada geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qız şagirdlərin ağır makiyajda və məktəbə uyğun olmayan geyimdə olması diqqət çəkib. Video filmlərə bənzər vizual estetikası ilə seçilsə də, izləyicilər arasında fikir ayrılığı yaranıb.

Bəzi istifadəçilər “İzmir müasirdir, bu video çağdaş təhsil düşüncəsinin məhsuludur” fikrini səsləndirərək tələbələri müdafiə edib. Digər bir qisim isə lisey şagirdlərinin yaşlarına uyğun olmayan vizual tərzlərini və rollarını narahatedici hesab edib.

Hazırda məktəb rəhbərliyindən rəsmi açıqlama verilməyib. Sosial mediada isə müzakirələr davam edir.//Milli.az
Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00