“Artsax” bayrağı Ermənistanda QADAĞAN EDİLMƏLİDİR

2023-cü ilin sentyabrın 19-da 23 saatlıq antiterror əməliyyatlarından sonra Qarabağda erməni separatizminə son verilib. Azərbaycan torpaqlarından birdəfəlik qovulan mənfur separatçılar Ermənistana qaçaraq orada “fəaliyyətlərini” davam etdirməyə çalışırlar.

Ermənistan Baş naziri Nikol Paşinyan da bir neçə dəfə separatçı Qarabağ Hərəkatını dəstəkləməyəcəklərini dilə gətirib. Ancaq bunu əməldə yerinə yetirə bilmir və qondarma “Artsax”ın əski parçası ölkənin bir çox yerində nümayiş olunur.

Azərbaycan Ermənistanın qarşısına sülh üçün konkret şərtlər qoyub. Burada konstitusiyadakı separatizmi dəstəkləyən müddəaların dəyişidirilməsi prioritet tələbdir.

Ancaq bunlarla yanaşı Ermənistan separatizmə son verdiyini göstərən səməmi addımlar atmalıdır. “Artsax”ın əski parçası ölkədə qadağan edilməlidir. Çünki bu bizim ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətsizlikdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistan hökuməti bu gün özünə qarşı baş qaldıran revanşizmlə mübarizə apara bilsə, böyük bir şeydir:

“Cənab Prezidentin dediyi kimi, Ermənistan cəmiyyəti iki hissəyə bölünür: aktiv revanşistlər və passiv revanşistlər. Aktiv revanşistlər əski parçası qaldırmaq cəhdi edənlər, sərhəddə provakasiya törədənlər, küçələrə axışıb qışqır-bağır salanlar, Köçəryan və Sarkisyanlardır. Bunlar tam şəkildə uduzduqlarını, Azərbaycanın onları darmadağın etdiklərini başa düşürlər. Ona görə də, yerlərində otura bilmirlər. Passiv revanşistlər isə Paşinyan hökumətinin içərisində sülh-sülh sözü deyə-deyə, əslində isə ürəklərində başqa fikirləri daşıyan insanlardır. Ona  görə də biz konkret mövqeyimizi ortaya qoyub demişik ki, biz bu insanlara inanmırıq. Onlar  öz içərilərində normal şərait yaratsalar, konstitusiyada dəyişikliklər etsələr, sülh müqaviləsindən öncə Minsk qrupuna onun ləğv edilməsi üçün Azərbaycanla bir yerdə müraciət etsələr, onda qondarma “Artsax”ın əski parçası olan bayrağının qanunsuz elan edilməsi istiqamətində hərəkətlər etməyə hazır ola bilərlər”.

Komitə sədri söyləyib ki, əgər cavab “yox” olacaqsa, deməli, bunun iki izahı var: ya bunu edə bilmirlər, ya da etmək istəmirlər:

“İkisi də Ermənistan üçün pis haldır. Azərbaycan bu nöqteyi-nəzərdən gözləyə bilər. İndiki Ermənistan hakimiyyəti bu prosesi uzadacaqsa, bir o qədər uduzacaq. Düstur bundan ibarətdir”.

Related posts

Bakıda mühüm sənəd imzalandı

Prezident To Lam ilə geniş tərkibdə görüşü başlayıb

Bakıda Hökumət Evini tikən əsirlər 46 il sonra nəyi etiraf etmişdilər? – Reportaj, FOTOLAR