İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı sələfi, mərhum İbrahim Rəisinin anasını ziyarət edib.
Bu barədə İran KİV məlumat yayıb.
Məlumata görə, görüş zamanı Rəisinin anası Pezeşkiana xitabən “helikopterə minməyin”, – deyə bildirib.
Xatırladaq ki, İranın mərhum Prezidenti İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopter qəzasında həlak olub.