İradə Əlilinin dahi liderə həsr etdiyi kitab dərc edildi

Yazıçı-publisist, Prezident təqaüdçüsü, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin dünya səviyyəli ictimai xadim, Azərbaycan xalqının dahi lideri Heydər Əliyev haqqında yazdığı “Tarixlərdən boylanan ömür” adlı kitabı nəşr olunub.

Kitab Ulu Öndər haqqında yazılmış və deyilmiş fikirlər, onunla eyni dövrdə yaşamış müxtəlif sahələrin nümayəndələri və dahi liderin həyata keçirdiyi siyasətin nəticələrindən faydalanan gənclər barədədir.

Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın redaktoru AYB-nin üzvü, hərbi marşların müəllifi Minəxanım Əkrəmqızı, korrektoru Nuranə Şixəliyeva, dizayneri isə Leyla Babazadədir.

Related posts

Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ruh-ül-ərvah” bədii konsert proqramı təqdim olunub VİDEO