Tərtər çayında boğulan yeniyetmənin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə  nazirlikdən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Related posts

Orta məktəbdə bıçaqlanma – Yaralı var

Qax sakini Lerikdə şəlalədən yıxıldı – VİDEO

Ana xəstəliklə doğulan 4 yaşlı oğlunu boğub öldürdü