Gəzməyə çıxdığı yolda görün nə tapdı: “İlk dəfədir belə bir şey görürəm”

İspartanın Güneykent şəhərinin Baladız məhəlləsində ailəsi ilə birlikdə təbiət gəzintisinə çıxan Yusuf Yalçın təsadüfən nəhəng ölçülü iki göbələk tapıb.

Tapılan göbələklərdən biri 2,5 kiloqram, digəri isə 1,5 kiloqram çəkidə olub.

Yalçın hadisə ilə bağlı jurnalistlərə açıqlamasında bunları deyib: “İlk dəfədir belə göbələk görürəm. Ailəmlə gəzintidə idik, bu göbələklərlə qarşılaşanda dərhal çəkib evə gətirdim. Qonşularıma göstərdim, onlar da olduqca təəccübləndilər” .

Göbələklər görünüşcə heyrətamiz olsa da, ailə üzvləri onların zəhərli olub-olmadığını bilmədikləri üçün yeməkdən çəkiniblər.

Hazırda bu qeyri-adi göbələklərin növü və yeyilən olub-olmadığı araşdırılır.

Related posts

Putin atəşkəsdən niyə imtina etdi? – ŞOK səbəb açıqlandı

Paşinyan Qərbi Putinə niyə satdı: Ermənistan həmişəlik Rusiyaya təhvil verildi

Rusiya sualtı qayığı Fransa sahillərində tutulub