Britaniyanın hərbi donanmasının rəhbərliyi Fransa sahillərində Rusiyanın “Krasnodar” sualtı qayığını ələ keçirib.
Bu barədə Almaniyanın n-tv telekanalı məlumat yayıb.
“Aralıq dənizindən Rusiyaya qayıdarkən sualtı qayıq… La-Manş boğazını keçir. Britaniya helikopteri sualtı nəqliyyat vasitəsini havadan müşahidə edib, Britaniyanın HMS Tyne hərbi gəmisi Fransa sahillərində Rusiyanın “Krasnodar” gəmisinin qarşısını kəsib”, – telekanal sualtı qayığın müşahidə edildiyini əks etdirən videoyazı yayımlayıb.
Başqa heç bir təfsilatlı məlumat verilməyib.
“B-265 Krasnodar” Rusiya hərbi dəniz donanmasının Qara dənizdəki 4-cü sualtı briqadasının bir hissəsi olan “636.3 Varshavyanka” layihəsinin dizel-elektrik sualtı qayığıdır.
Aprel ayında “The National Interest” qəzeti yazıb ki, Rusiya “Zirkon” hipersəs raketi ilə “Perm Project 885M” (kod adı “Yasen-M”) nüvə sualtı qayığını suya buraxıb. Sualtı qayıq şaquli buraxılışlı qanadlı raketlərdən istifadə edərək dəniz və ya qurudakı düşmənləri vurmağa qadirdir”.