DİM imtahan testlərinin düzgün cavablarını açıqladı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 11-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, mtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Related posts

Bu meyvə ürəyin dərmanı imiş – MÖCÜZƏ yaradır

Əsli Lerikdəndir, amma ABŞ polisidir – FOTOLAR

Bu şəxslər əsgərliyə çağırılır? – AÇIQLAMA