İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı Omanda keçirilən növbəti dolayı danışıqlar çətin keçib, lakin tərəflərin mövqelərini anlamaq baxımından faydalı olub.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai X sosial şəbəkəsində yazıb.

“Omanda ABŞ və İran arasında dördüncü raund dolayı danışıqlar başa çatdı, çətin oldu. Lakin bir-birilərinin mövqelərini daha yaxşı anlamaq və fikir ayrılıqlarının həlli üçün məqbul və real yollar axtarmaq baxımından faydalı danışıqlar oldu”, – deyə o yazıb.

Baqai dəqiqləşdirib ki, növbəti məsləhətləşmə raundunu Oman tərəfi əlaqələndirəcək və onun keçirilməsi barədə elan verəcək.

Related posts

İran uranın zənginləşdirilməsi həcmlərini məhdudlaşdıra bilər

Pezeşkian and-aman elədi: “Sizi əmin edə bilərik ki…”

“Helikopterə minməyin…”- Rəisinin anasından Pezeşkiana