İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi heç vaxt nüvə silahı əldə etməyə cəhd etməyib və gələcəkdə də buna cəhd etməyəcək.
Pezeşkian bunu bazar günü axşam Nazirlər Kabinetinin iclasında bildirib.
Pezeşkianın sözlərinə görə, Tehran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar aparır: “Çünki biz sülh istəyirik və müharibə istəmirik”.
İran prezidenti deyib: “İslam Respublikası heç bir şəkildə regionda iğtişaşlar yaratmağa çalışmır. Sizi əmin edə bilərik ki, İran İslam Respublikası heç vaxt nüvə silahı yaratmağa çalışmayıb, buna cəhd göstərmir və çalışmayacaq”.
O, həmçinin İranın danışıqlara ciddi yanaşdığını və razılığa gəlməyə sadiq olduğunu vurğulayıb və qeyd edib ki, heç vaxt dinc nüvə proqramına malik olmaq hüququndan əl çəkməyəcək.