Qaxda külək evi bu hala saldı – FOTO

Qax rayonunda əsən güclü külək ciddi fəsada yol açıb.

Rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb.

Evə ciddi maddi ziyan dəyib, yağan güclü yağış nəticəsində otaqlar su ilə dolub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

 

 

 

 

Related posts

Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı

Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib

Gəzməyə çıxdığı yolda görün nə tapdı: “İlk dəfədir belə bir şey görürəm”