Ana səhifə XəbərlərSiyasət Azərbaycanın yeni hərbi prokuroru kimdir? – DOSYE

Azərbaycanın yeni hərbi prokuroru kimdir? – DOSYE

admin

Prezident İlham Əliyevin sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.

Qeyd edək ki, Konstitusiyanın 133-cü maddəsinin IV bəndinə əsasən hərbi prokuroruı Baş prokurorun təqdimatı ilə Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Yeni hərbi prokurorun qısa dosyesini təqdim edirik:

Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin Hüquq fakültəsini bitirib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov orada müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru işləyib.

B.Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunmuşdu.

2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb.

B.Əhmədov 2021-ci ilin yanvarında “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ədliyyə polkovniki rütbəsinədək yüksəlib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00