Ana səhifə XəbərlərSiyasət Yaşar Gülər Bakıda Zəfər parkını, Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Yaşar Gülər Bakıda Zəfər parkını, Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

admin

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib.

Nazir Ulu Öndərin məzarı önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Yaşar Gülər daha sonra Şəhidlər Xiyabanı və Bakı Türk şəhidliyi abidəsində olub.

Nazir “Əbədi məşəl” abidəsinin önünə əklil qoyaraq Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.

Y.Gülər 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsini də ziyarət edib, abidə önünə əklil qoyub.

****

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.

Ölkə.az xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən parkdakı Zəfər Abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00