148
Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Hyundai” markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətlər alan piyada ölüb.
Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu.
Faktla bağlı araşdırma aparılır.