Ana səhifə XəbərlərDünya Kreml: Putinin İrana səfəri gözlənilir

Kreml: Putinin İrana səfəri gözlənilir

admin

“Rusiya Prezidenti Vladimir Putinin İrana rəsmi və ya işgüzar səfəri üçün dəvət mövcuddur, lakin səfərin dəqiq vaxtı hələ razılaşdırılmayıb”.

Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Tarixlər hələ razılaşdırılmayıb. Razılaşdırılan kimi sizi məlumatlandıracağıq”, – deyə Peskov bildirib.

İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Məhacirani daha əvvəl açıqlayıb ki, Vladimir Putinin İrana səfəri diplomatik kanallar vasitəsilə razılaşdırılır. İranın xarici işlər naziri Abbas Əraqçi isə bəyan edib ki, Tehran Rusiya prezidentinin 2025-ci ildə İrana səfər edəcəyinə ümid edir.

Qeyd edək ki, aprelin 21-də Vladimir Putin Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni ratifikasiya edən qanunu imzalayıb. İran tərəfi hələ ki, sazişi ratifikasiya etməyib. İki ölkə prezidenti Vladimir Putin və Məsud Pezeşkianın yanvarın 17-də imzaladıqları saziş 47 maddədən ibarətdir.

Sənədə əsasən, tərəflərdən biri xarici təhdidə məruz qalarsa, digər tərəf təcavüzkara yardım etməməli və BMT Nizamnaməsi əsasında münaqişənin həllinə töhfə verməyə çalışmalıdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00