Ana səhifə XəbərlərDünya Saatda 1000 km sürətlə gedən ilk qatar sınaqdan keçdi – yeni tarix yazılır

Saatda 1000 km sürətlə gedən ilk qatar sınaqdan keçdi – yeni tarix yazılır

admin

Çin texnologiya sahəsində daha bir inqilabi yeniliyə imza atıb.

Çin Aviasiya və Kosmik Sənaye Korporasiyası (CASIC) tərəfindən hazırlanmış yeni nəsil maqnit levitasiya (maglev) qatarı “T-Flight” dünyada quru nəqliyyatı anlayışını yenidən yazmağa hazırlaşır.

Saatda 1000 kilometr sürətə çatan bu qatar, təyyarələrdən belə daha sürətli hərəkət edir. Datong şəhərində yerləşən və 2 kilometrlik aşağı təzyiqli test tunelində sınaqdan keçirilən T-Flight qatarı, sürətlənmə, yavaşlama və maqnitlə havada qalma testlərini uğurla tamamlayıb.

Qatarın ən mühüm texniki özəlliklərindən biri onun relslərə toxunmadan, güclü maqnitlər vasitəsilə havada hərəkət etməsidir. Düşürülmüş hava təzyiqinə malik tunel strukturu sayəsində hava müqaviməti minimuma endirilir, bu isə həm səssiz, həm də sürətli nəqliyyat imkanı yaradır.

Hazırda sürətli qatarla 4 saat 18 dəqiqə çəkən Pekin–Şanxay arası məsafə T-Flight sistemi ilə cəmi 1 saata qət edilə biləcək. Bu isə yalnız sürət deyil, quru nəqliyyatında tamamilə yeni bir dövrün başlanğıcı deməkdir.

T-Flight hələlik prototip mərhələsində olsa da, Çin hökuməti 60 kilometrlik daha geniş sınaq xətti qurmaq və bu texnologiyanı kommersiya istifadəsinə keçirmək niyyətindədir. Məqsəd təkcə sürətli qatar istehsal etmək deyil, həm də şəhərləri birləşdirən, məsafələri və zaman sərfini minimuma endirən gələcək yönümlü nəqliyyat sistemini qurmaqdır.

Bu layihə ABŞ-da Elon Mask tərəfindən təklif edilən Hyperloop konsepsiyasına alternativ kimi deyil, daha real və tətbiq edilə bilən model kimi qiymətləndirilir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00