Ana səhifə XəbərlərCəmiyyət Səhiyyə nazirindən həkimlərlə bağlı MÜHÜM açıqlama

Səhiyyə nazirindən həkimlərlə bağlı MÜHÜM açıqlama

admin

Milli Məclisin plenar iclasında çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlanıb.

Onun sözlərinə görə, layihəyə əsasən, həkimlər və tibb işçiləri iki seçimdən birini edə biləcəklər: ya 5 il ərzində hər il 50 kredit olmaqla cəmi 250 kredit toplamaqla davamlı peşəkar inkişaf yolunu seçə, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə bilərlər:

“İmtahandan keçməyən tibb işçisi üçün 6 ay müddətinə əmək yeri və vəzifə maaşı saxlanılacaq. Bu müddətdə həmin şəxs diqqətini tam şəkildə təkrar hazırlığa yönəldə biləcək.

Davamlı peşəkar inkişaf kreditləri tibb işçisinin elmi, tədris və ya praktiki fəaliyyəti ilə toplana biləcək. Həmçinin, iştirak ediləcək tədbirlər və akkreditasiya olunmuş inkişaf proqramları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən müəyyən ediləcək və nazirliyin rəsmi internet səhifəsində açıqlanacaq.

Hazırda bu istiqamətdə iki əsas normativ sənədin – “Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası” və kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam etdirilir”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00