Güney Azərbaycanın iftixarı: Traktor rekord QIRDI – FOTOLAR

İranda ilk dəfə ölkə çempionu olan Təbrizin “Traktör” futbol klubunun azarkeşləri dünya rekordu qırıb.

Minlərlə insanın iştirak etdiyi tədbirdə azarkeşlər 15 dəqiqə fasiləsiz şəkildə şüarlar səsləndirərək Ginnesin Rekordlar Kitabına düşüblər.

Qələbə tədbiri Təbrizdəki Yadigari-İmam stadionunda keçirilib. Stadionu dolduran on minlərlə azarkeş Azərbaycan türkcəsində eyni anda aşağıdakı şüarları səsləndirib:

Yel yatar, tufan yatar, yatmaz Traktor bayrağı
Gül solar, sünbül solar, ölməz bezim qeyrətli tim
Biz Traktor aşiqi türklər kimi qeyrətlidir…

Tədbirdə Ginnesin İran üzrə rəsmi nümayəndəsi də iştirak edib. O, dövlət agentliyinə açıqlamasında bildirib ki, bundan əvvəl azarkeş şüarı üzrə dünya rekordu 12 dəqiqə olub, lakin Traktor azarkeşləri bu müddəti 15 dəqiqəyə çatdıraraq yeni tarix yazıblar. Bu nəticənin yaxın zamanda rəsmi olaraq qeydə alınacağı gözlənilir.

Təbriz küçələri bayraqlar və pankartlarla bəzədilib, azarkeşlər gecə yarısına qədər şəhərdə rəngarəng görüntülər yaradıb.

Xatırladaq ki, Traktor komandası iki həftə öncə “Şəms Azəri”ni 4:0 hesabı ilə məğlub edib və liqanın bitməsinə iki tur qalmış tarixində ilk dəfə çempionluğunu elan edib. Komanda dünən, 30-cu turda “İstiqlal Xuzistan” üzərindəki qarşılaşmadan sonra çempionluq kubokunu alıb.

Traktör artıq təkcə meydanda yox, tribunada da rekorda imza ataraq, Güney Azərbaycanın iftixarına çevrilib.

Related posts

İran uranın zənginləşdirilməsi həcmlərini məhdudlaşdıra bilər

İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu

Pezeşkian and-aman elədi: “Sizi əmin edə bilərik ki…”