Azərbaycanda 1644 bağça müdirindən yalnız 1-i kişidir

2023-2024-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində ümumilikdə 1644 nəfər müdir vəzifəsində çalışıb.

Bu vəzifəni icra edən şəxslərdən 1643-ü qadın, 1-i isə kişi olub.

Bu məlumat onu göstərir ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbər heyətində qadınların təmsilçiliyi üstünlük təşkil edir. Yaranmış vəziyyət peşə seçimi meylləri, sosial təsəvvürlər və təhsil sahəsində formalaşmış ənənələrlə izah olunur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə uşaq bağçaları, inkişaf mərkəzləri və digər erkən təhsil müəssisələri daxildir. Bu müəssisələrdə rəhbərliklə yanaşı, pedaqoji heyət də əsasən qadınlardan ibarətdir.

Related posts

Qüdrət İsaqov vəfat etdi

İlıq su içmək sağlamlıq üçün niyə vacibdir?

Səhiyyə nazirindən həkimlərlə bağlı MÜHÜM açıqlama