Başımız dərddədir, Rusiya bu tarixdə hücum edəcək – NATO

“Müdafiə xərclərimizi 2 faiz səviyyəsində saxlasaq, özümüzü indi müdafiə edə bilərik. Əgər Vladimir Putin bizə hücum edərsə, cavabımız dağıdıcı olacaq. Mənim narahatlığım odur ki, 3-5 il sonra hücum edə bilər. Bəziləri 7 il sonra deyirlər. Bu isə onu deməyə əsas verir ki, müdafiə xərclərimizi artırmasaq, o zaman həqiqətən də başımız dərdədir”.

Bunu NATO baş katibi Mark Rutte NATO sammiti öncəsi deyib. Baş katib bildirib ki, Rusiyanın sərhədlərinə yaxın Baltikyanı ölkələrə və Polşaya hücumu realdır. “Rusiyanın Polşaya hücum ilə Rotterdama hücum arasında fərq beş dəqiqədir. Beləliklə, biz hamımız NATO-nun yalnız şərq cinahındayıq, sadəcə xəritədə  şərqdə olanlar deyil”, – Baş katib bildirib.

Related posts

Hindistan bizi İsrail silahları ilə vurdu – Şahbaz Şərif

Hindistan Pakistanın suyunu kəsir – müharibə vəziyyəti davam edir

Alman Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR – 5000 əsgər YERLƏŞDİRİR