Ermənistanın Geqarkunik rayonunda yol qəzası baş verib.
Ermənistan KİV-nə istinadən xəbər verir ki, mayın 22-də saat 14:50 radələrində Sevan-Martuni-Qetap yolunun 39-cu kilometrliyində orduya məxsus UAZ “Patriot” və “Kia” markalı minik avtomobili toqquşub.
1 nəfər yerindəcə ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən və xəsarət alan sürücülərin kimliyini müəyyənləşdirir.