Ana səhifə XəbərlərCəmiyyət Nuranənin faciəsi: Qızını 15 yaşında evləndirən valideynlər cəzalandırıla bilər

Nuranənin faciəsi: Qızını 15 yaşında evləndirən valideynlər cəzalandırıla bilər

admin

Bir neçə gündür Sabirabad rayonunda 16 yaşlı Nuranənin qeyri-rəsmi nikahda olduğu 2009-cu il təvəllüdlü S.Talıbzadə tərəfindən öldürülməsi müzakirə olunur. Məlumata görə, onlar bir il əvvəl – Nuranənin 15 yaşı olarkən dini nikahla ailə həyatı qurublar.

Qeyd edək ki, Azərbaycanda rəsmi nikah yaşı 18-dir, xüsusi hallarda nikah yaşı 1 il endirilə bilər. Ancaq qızları 15 yaşında nikaha məcbur etmək məsuliyyətə səbəb ola bilər.

Vəkil Turan Abdullazadə bildirib ki, Cinayət Məcəlləsinin 176-1-cı maddəsinə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 176-1 və 176-2-ci maddələrində “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür. Bu Qeyd 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Həmin Məcəllənin 176-2-ci maddəsinə əsasən, On altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada belə bir qeyd də var: Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Cinayət Məcəlləsinin müvafiq müddəalarından görünür ki, qeyd olunan halda valideynlərin əməllərində cinayət tərkibi müəyyən olunarsa və onların təqsiri sübuta yetirilərsə məsuliyyətə cəlb oluna bilər”

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00