30
Qarabağ Universitetində imtahan verən şagirdlər və valideynlərin gəlməsiylə bağlı heç bir problem olmayacaq.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri üçün təşkil edilən konfransda bildirib.
Sədr qeyd edib ki, imtahan yerləri təyin edilərkən abituriyentlərin evlərinə yaxın olması nəzərə alınır:
“Biz çalışırıq ki, şagirdlər imtahanlarını evlərinə yaxın yerlərdə versinlər. Məsələn, Gəncədən olan abituriyentin Qarabağa imtahan vermək üçün gəlməsinə ehtiyac qalmayacaq”. (AzEdu)