Ana səhifə XəbərlərSiyasət 3 ölkənin liderinin Laçından verdiyi MESAJ

3 ölkənin liderinin Laçından verdiyi MESAJ

admin

Laçın rayonunda olduqca mühüm əhəmiyyətə malik olan Beynəlxalq Hava Limanının açılışı baş tutub.  Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun qərarı ilə Hava Limanına beynəlxalq status verilib. Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat verilib. Qeyd edək ki, Laçın Hava Limanının tikintisinə 2021-ci ildən başlanılıb. Bura Azərbaycanın ən hündürdə yerləşən hava limanıdır.

Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşən hava limanı saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanında uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı var. Laçın aeroportu Azərbaycanın 9-cu beynəlxalq hava limanıdır.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif də Laçın rayonundadır. Rayonda 3 ölkənin liderinin iştirakı üçün mühüm toplantı keçiriləcək.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı ağır sınaqlardan çıxıb:

“Bu üç ölkə strateji müttəfiqlərdir. 44 günlük müharibənin hər günü, hər saatı Türkiyə və Pakistan Azərbaycanın yanında oldu. Ermənistanın arxasında duran xarici güclərin neytrallaşdırılmasında nümayiş etdirdikləri siyasi və mənəvi dəstəkləri əhəmiyyətli rol oynadı”.

O qeyd edib ki, 3 ölkənin liderinin Laçında görüşünün əsas rəmzi mənası, birliyimizin sarsılmaz olduğunu, təhlükəsizliyimizə yönəlik istənilən xarici qüvvələrə cavab verə biləcəyimizin dünyaya çatdırılmasıdır. Əsas mesaj budur.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00