Astarada tələbə nəzarətsiz ərazidə çimərkən boğulub.
Boğulan şəxs Lerik rayon sakinidir.
Astara Humanitar kollecinin tələbəsi “Azriba” deyilən çimərlikdə boğularaq ölüb. Boğulan şəxsin kimliyi dəqiqləşdirilir.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.