Mayın 6-dan start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Bu barədə Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, rus bölməsi üzrə müsahibələrin keçirilməsi prosesi 31 may tarixində yekunlaşıb.
Müsahibə prosesində övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə isə 3 iyun tarixinə qədər baxılacaq.
Qeyd edək ki, 17 iyun saat 11:00-dan 12 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi prosesi həyata keçiriləcək.
Bununla yanaşı, 17 iyun l saat 11:00-dan 17 iyul 2025-ci il saat 10:59-a qədər isə Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi həyata keçiriləcək.