Tehranın Ağ Evdən tələbi: Zəmanət istəyirik

Tehran ABŞ-İran nüvə danışıqları ilə bağlı Ağ Evin təkliflərinə cavab hazırlayır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Nazir deyib ki, İran Oman vasitəsilə ABŞ-nin müzakirəçiləri tərəfindən çatdırılan nüvə nizamlanması təklifinə cavab hazırlayır.

Tehran Ağ Evə cavabında İrana qarşı sanksiyaların ləğvi ilə bağlı Vaşinqtondan zəmanət istəyəcək.

İran XİN-nin sözçüsü Esmail Bakayi isə məsələ ilə bağlı açıqlamasında deyib: “Biz sanksiyaların faktiki olaraq ləğv ediləcəyinə dair təminat almaq istəyirik”.

Xatırladaq ki, İran və ABŞ aprelin 12-dən Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün beş raund danışıqlar baş tutub.

Related posts

Pezeşkian Ermənistana gedir

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Polşa Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər