541
“Bu yaxınlarda Omanın xarici işlər naziri tərəfindən Tehrana çatdırılan Vaşinqtonun təklifi çox qeyri-müəyyənlik və suallar ehtiva edir”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, bu təklifdə bir çox məqamlar aydın deyil:
“İran torpağında zənginləşdirməni davam etdirmək bizim “qırmızı xətt”imizdir. Bu, bütün ölkələrin qəbul etdiyi bir reallıqdır. Zənginləşmə artıq iranlılar üçün milli qürur və şərəf məsələsinə çevrilib”, – İranın xarici işlər naziri vurğulayıb.
A. Əraqçi əlavə edib ki, Tehran bu məsələdə ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi güzəştə getməyəcək.